Mətbuatımızı naxoş eləyən nələrdir? - MÜZAKİRƏ
15:36 – 16 Noyabr, 2017

16 noyabr APA Holdinqin yaranma günüdür. Azərbaycan mediasında nüfuzu və özünəməxsus yeri olan APA 13 il ərzində mürəkkəb və şərəfli bir yol keçib, mətbuatda baş verən proseslərə həmişə adekvat reaksiya verib.  Bəs bu gün Azərbaycan mətbuatında nə baş verir? Mətbuatımız niyə “naxoş”dur? A PA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə çoxsaylı qeyri-peşəkar insanlar əllərinə sayt yığıb: “Elə insan var ki, bir neçə saytı var. Bir materialı eyni vaxtda özünün saytına qoya bilir. Şantaj edir, istədiyi xəbəri istədiyi kimi yazır. Mütəşəkkil dəstə Azərbaycan mediasına soxulub. Sosial şəbəkələr də bu prosesə də ciddi rəng qatır”. R.Arifoğlu çıxış yolunu medianın böyüməsi və bu istiqamətdə dövlətin ayıracağı subsidiyalarda görür: “Ölkədə ciddi media vasitələrinin gücünü artırmaq lazımdır”.

APA Holdinq Direktorlar Şurasının sədri Nurşən Quliyev deyib ki, süni oxucu kütləsinə hesablnamış addımların qarşısını almaq məqsədilə ciddi media önə keçməlidir: “Ciddi medianın təmərküzləşməsi, onların əməkdaşlığının genişlənməsinə ehtiyac var”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, saytların əksəriyyətinin strukturu yoxdur: “Təsəvvür eləyin ki, bir barda işləyən barmen 3-4 sayt yaradır. Bunun məqsədi Azərbaycan cəmiyyətinə böyük zərbə vurmaqdır. Elələri var ki, heç ünvanı göstərmir”.

Xalq artisti Flora Kərimovanın sözlərinə görə sayı az olan ciddi mətbuat qeyri-ciddi mətbuata təsir edə bilmir, buna görə də bəzi insanlar “qurban”a çevrilir. 

Rauf Arifoğlu APA Holdinqin fəaliyyətinə də toxunub: “APA yeni mediaya keçidin əvvəl flaqmanı, sonra isə lideri oldu. Bu gün APA istinad edilən əsas mənbələrdən biridir”.

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT