Molla Pənah Vaqif qadınlara seksual obyekt kimi yanaşıb? - MÜZAKİRƏ
14:57 – 17 Noyabr, 2017

Doğrudanmı şeir deyəndə həm də xanım başa düşülür? Azərbaycanın klassik və müasir poeziyasında qadına münasibət necədir? Poeziyamızın qadın imzaları daha çox nə düşündürür?  APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında şeirdə qadın mövzusu müzakirə edilib.

 

Şairə, yazıçı Sevinc Elsevər deyib ki, Azərbaycanın klassik poeziyasındakı qadın imzaları öz iztirablarını ifadə ediblər. S.Elsevərə görə Nizami Gəncəvi öz əsərlərində qadınları zəif cəhətləri ilə təqdim edib. Molla Pənah Vaqifin yaradıcılığına toxunan şairə hesab edir ki, Vaqif yazdığı şeirlərdə qadına seksual obyekt kimi yanaşıb: "Gözlərin, dişlərin... Orada qadın necədir? Estetik gözəllik yoxdur. Qadına münasibət zaman-zaman dəyişib".   

 

Şair, esseist Fərid Hüseynin sözlərinə görə dünyada yaranan performans poeziyanın nümayəndəsi yoxdur: "Məsələn şeiri uzanıb oxumaq, ağlayıb oxumaq, vərəqləri yerə səpələyib oxumaq demək olar ki, bizdə yoxdur. Bunların hər biri ilə qadını ifadə etmək mümkündür. Bizim çağdaş qadın poeziyasında qadınlar özünü daha çılpaq, daha rahat ifadə edə bilirlər. Azərbaycan qadın şeirinin problemi ondadır ki, istisna hallarda qadının qadın kimi şeir yazdığı hallar olub. Ona görə də orta əsrlərdə onların qadın, yaxud qadın olmadıqları məlum deyil".

 

Şəhriyar Del Gerani hesab edir ki, sovet dövründə yazan kişi şairlər öz əsərlərində sanki qadınları şantaj edirdilər: "Getmək istəyirsən, bəhanəsiz get. Qadınla sanki tin söhbətləri edirlər".

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT