Son mənzilimiz necə olsun? - MÜZAKİRƏ
14:05 – 20 Noyabr, 2017

Cəmiyyətin bir qismi hesab edir ki, qəbirüstü abidələrin təmtəraqlı olması heç də yaxşı hal deyil. Digər qisim isə bunu insanların fərdi işi kimi qiymətləndirir. Əslində son mənzilimiz necə olmalıdır? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında qəbirüstü abidələr, ehsan mərasimləri müzakirə edilib.

 

İlahiyyatçı Hacı Şahin Həsənli deyib ki, qəbristanlıq dünyanın faniliyini göstərən bir yerdir: "Qəbristanlıq sadəliyi ilə seçilməlidir. Qəbri dünya zinətləri ilə bəzəyirik ki, bu da ölümün mahiyyətini bizə unutdur. Sadəcə özünü kiməsə göstərmək üçün bahalı mərmərdən sinə daşı düzəldirsə, bu dini nöqteyi-nəzərdən günahdır. Çünki Qurani-Kərim bizi israfçılıqdan çəkinməyə dəvət edir". İlahiyyatçı onu da deyib ki, islam dini ehsan mərasimlərini qadağan etmir.

 

Əməkdar artist, diktor Rafiq Həşimovun sözlərinə insanın qəbristanlığa getməsi onu təmizləyə bilər: "Ora xalqın mədəniyyətindən, yaşam tərzindən, Allaha münasibətindən xəbər verir. Çoxlu uşaq evləri var, baş daşı üçün yığılan pulu o evlərə xərcləmək olar".

 

Qarabağ qazisi Rey Kərimoğlu hesab edir ki, qəbirlərin hamısı eyni ölçüdə olmalıdır: "Amma şəhidlərin məzarı üzərində kiçik Azərbaycan bayrağının dalğalanması daha məqsədəuyğun olardı ki, seçilə bilsin".

 

İlahiyyatçı Hacı Qubad Həsənzadənin sözlərinə Bakı şəhərindəki qəbristanlıqlarda hökm sürən nizamsızlıq və səliqəsizlik aradan qaldırılsa, 30-40% yer boşala bilər.      

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT