İşğal altında olan 5 rayonun qaytarılması iddiası və Lavrovun Bakı səfəri
15:16 – 20 Noyabr, 2017

İşğal altında olan Dağlıq Qarabağ ətrafında yerləşən 5 rayonun Azərbaycana qaytarılması məsələsi yenidən gündəmə gəlib. Daha doğrusu bu məsələni Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiya prezidenti Vladimr Putinlə keçirilən görüş zamanı gündəmə gətirib. Mərhələli həll planın ilk və ən mühüm maddəsi olan bu məsələnin birdən-birə gündəm mövzusuna çevrilməsi səbəbi məlum deyil. Məlum olan budur ki, Ərdoğan-Putin görüşməsindən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya gəlib və dünən artıq Azərbaycan prezidenti ilə görüşüb.  Lavrov görüşdə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Qarabağ düyününün açılmasında hərtərəfli köməklik göstərmək və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. Lavrov əlavə edib ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır. Beş rayonun Azərbaycana qaytarılması məsələsinin yenidən Türkiyə tərəfindən gündəmə gətirilməsinin səbəbi nədir? APA TV-nin "Panoram" layihəsində siyasi ekspert Arzu Nağıyevlə bu məsələlər müzakirə edilib.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT