14 il övlad həsrəti çəkən müğənnimiz boşanmasından danışdı
17:37 – 21 Noyabr, 2017

Müğənninin tez-tez özündən danışmasının səbəbi nədir? Özündən razılıq ya özünəgüvən? Sənət adamı təvazökar olmalıdır, ya gördüyü işlərlə öyünməsi təbiidir? Bu və digər suallara APA TV-nin  “Showtime” layihəsinin növbəti buraxılışında Əməkdar artist Vasif Məhərrəmli və müğənni Bahar Lətifqızı cavab veriblər.

 

Əməkdar artist Vasif Məhərrəmli hesab edir ki, Dövlət başçısının imzası ilə fəxri ad almaq sənətçi üçün ən böyük şərəfdir: “Hamı üçün demirəm, amma layiq olan bütün sənət dostlarıma bunu arzu edirəm”. V.Məhərrəmli deyib ki, Nadir Qarafzadəni, ATV kanalında səsləndirdiyi “Beş kişi müğənnisi varsa, beşi də Eltondur” sözlərinə yaş yuyub, quru sərib.

 

Əməkdar artist hesab edir ki, cavan sənətçinin öz ailəsini ekranda göstərməsi düzgün deyil: “Sən cavan arvadını niyə ora çıxarırsan?” Vasif Məhərrəmli deyib ki. hətta Qazaxda toylara gedib tanınmayan müğənni mikrofon əlində oxuyursa, o artıq şou-biznesdədir: “Xanəndə deyir ki, biz şou-biznesdə deyilik, qardaş”.  Əməkdar artistin sözlərinə görə müğənni oxuyanda səsi seçə bilmirsənsə, deməli həmin səsdə sünilik var.

 

Müğənni Bahar Lətifqızı şəxsi həyatından danışıb: “14 il övladım olmayıb. Hərdən məni qınayırlar ki, niyə bu iki-üç dəfə ərə gedib? Yəni övladım olmadığımdan getmişəm ki, övladım olsun. Birinci övladımdan sonra ailədə problem oldu alınmadı, amma indiki həyatım çox gözəldir. İkinci övladımın atası ilə çox xoşbəxt yaşayırıq”. B.Lətifqızı beş ay öncə piy götürülmə əməliyyatı olunduğunu deyib: “11 saat narkozda qaldım, 6 saat əməliyyat oldum. Ağrını düşünüb, nəfsimi hər şeydən qoruyuram”.  

 

“Showtime” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

 

X

XƏBƏRLƏR
BÖYÜT