Gənc yazarlara dövlət dəstəyi lazımdırmı? - MÜZAKİRƏ
15:44 – 24 Noyabr, 2017

Milli Məclisdə büdcə müzakirələri aparıldığı zaman bəzi deputatlar gənc yazarlara dövlət dəstəyinin göstərilməsi məsələsini qabardıblar. Ümumiyyətlə gənc yazarlara dövlət dəstəyi lazımdırmı? Yazıçılara təqaüdlər hansı kriteriyalarla verilməlidir? Kitab industriyasının formalaşması yazıçılara dəstək kimi qəbul edilməlidirmi? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu məsələlər müzakirə edilib.

 

Yazıçı Aqil Abbas hesab edir ki, gənc yazarlara dövlət dəstəyi olmalıdır: "Gənclər Yazıçılar İttifaqına qarşı çox aqressivdirlər. Amma bu İttifaq həmin o diqqətin təzahürüdür".  Yazıçı hesab edir ki, gənclərin öz layihələrini həyata keçirmək üçün qeyri-hökumət təşkilatları yaratmaları zəruridir.

 

Yazıçı Şərif Ağayar gənc yazarlara verilən illik mükafatlara toxunub. O deyib ki, istedadı olan eyni gəncin bir neçə il mükafat alması heç də qəbahət deyil: "Dəstək olmalıdır. Ədəbiyyat sahəsində də müxtəlif klublar olmalıdır, layihə verməlidirlər. Vəsait layihənin potensialı və gerçəkliyinə ayrılmalıdır. Aqşin Yenisey nə qədər layihə versə, keçməyəcək, nəinki adı olan, heç nə yazmayan və tituluna sığınmış bir adam". 

 

Qonaqlar ölkəmizdə kitabdakı industriyasından da danışıb. Aqil Abbas deyib ki, Bakıda kitab dükanlarının sayı artsa da, bölgələr barədə bunu demək mümkün deyil. Yazıçı Yazıçılar Birliyinin nəzdindəki Ədəbiyyat fondunun fəaliyyətinə də toxunub: "Azərbaycanda nə qədər zavodlar, şirkətlər var. Sən niyə bir yazıçını, bir şairi dəvət edib görüş keçirmirsən? Ədəbiyyat fonduna yüz-iki yüz manat pul keçirmirsən ki, onun da yüz manatını şair fonddan alsın?"    

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.      

X

XƏBƏRLƏR
BÖYÜT