İnfarktın əlamətləri: necə qorunmalıyıq?
17:51 – 24 Noyabr, 2017

Noyabrın 22-də “APA Holdinq” ailəsinə ağır itki üz verdi. “APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış telejurnalist Natiq Qədimov 41 yaşında infarktdan dünyasını dəyişdi. Əvvəllər səhhətindən şikayətlənməsə də, ani infarkt onu elə ailə üzvlərinin, yaxınlarının əhatəsində haqladı. Ailəsini, qohumlarını, yaxınlarını, həmkarlarını, işini ürəkdən sevən Natiq Qədimovun ürəyindəki ani problem onun vaxtsız vəfatına səbəb oldu.  Son illərdə bütün dünyada , o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və  bu xəstəlikdən ölənlərin sayının sürətlə artdığını nəzərə alaraq bu dəfə verilişin mövzusunu ürək-damar xəstəliklərinə həsr etmişik. Gəncləşən xəstəlik- infarktın əlamətləri hansılardır? Bu xəstəlikdən necə qorunmalı? Bu və digər sualları invaziv kardioloq Sərdar Abdullai cavablandırıb:  

* Ürək-damar xəstəliklərini öncədən bilmək mümkündür.

* 6 aydan bir ürək müayinəsindən keçmək lazımdır.

* Ana damarların tıxanmasını pasiyent bəzən hiss etmir.

* 30 yaşdan sonra 6 aydan kardioloji müayinələrə ehtiyac var.

* Ürəyin sağlamlığı üzrə 3 növ müayinədən keçmək lazımdır.

* Valideynləri infarkt keçirmiş insanlar risk qrupu hesab edilirlər.

* Ürək ağrıları mədə ağrıları ilə dəyişik salına bilər.

* Nevrozlar çox zaman sinir ağrılarını ürək ağrıları kimi hesab edirlər.

* Stenokardiyası olan insan qaçmaqla onu ağırlaşdıra bilər.

* Sinədə göynəmə başlayanda kardioaspirin çeynənilməlidir.

* İnfarkt başlayandan 6 saat ərzində ürək damarları açılmalıdır.

* 6-12 saatdan sonra qansız qalan əzələlər sıradan çıxmağa başlayır.

* İnfarktların 30%-də kardioqram dəyişməyə bilər.

* Stress infarkta yol aça bilir.

* Ürək ağrıları fonunda oxşar əlamətlər ola bilər.

* Ən kiçik aritmiya belə xəstə üçün ciddi fəsad törədə bilər.

* İdmançıların belə infarkt keçirməsi mümkündür.

* Dodaqların göyərməsi infarktın göstəricisi deyil.

* Təzyiqin normaya düşməsi üçün pəhriz gözlənilməlidir.

* Ürək xəstələri yağlı qidalardan istifadə etməməlidirlər.

* Panik atakların ürəyə böyük təsiri yoxdur.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT