"Ayə, hara gedirsən, ayə?" Canlı Efirdə TƏNQİD OLUNDU
17:53 – 28 Noyabr, 2017

Müasir texnologiyalar məşhurlaşmağı asanlaşdırırmı?  Sosial şəbəkələrdə müzakirə olunmaq tanınmaq üçün kifayət edirmi? Bu və digər suallara müğənni APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında  müğənni Elçin Cəfərov və prodüser Təranə Səmədova cavablandırıblar.

 

Təranə Səmədova prodüser olaraq işləməkdən yorulduğunu və fəaliyyətini aparıcı kimi davam etdirdiyini deyib: "Müğənnilərlə işləməməyi konkret məqsəd qoymamışam. Bu mənim gəlir mənbələrimdən biridir. Yaxşı bir vəsait ayıran və istedadı olan müğənni olsa, yenə də işləyəcəyəm. Amma kimsə gəlsin, insaflı tərəfimə toxunmağa çalışsın, yaxşı istedadı var, amma pulum yoxdur deyib məndən dəstək olmağımı istəyənlərə deyirəm ki, xeyriyyə fondumu bağlamışam".  Prodüser ana olandan sonra dost axınının qarşısına xətt çəkdiyini deyib: "Gecə saat 4-də hansısa rəfiqəm, dostum anasından küsüb qapımı döyə bilərdi. Ana olandan sonra onların hamısı yığışdırıldı". Övladından danışan Təranə Səmədova onu şou-biznesdə görmək istəmədiyini deyib. T.Səmədovaya görə, Azərbaycanda prodüser bazarı tükənib: "Uzun illər öncə prodüser işləmiş Sayqa Cahidi, Rolandı, yaxud özümü necə prodüser adlandıra bilərəm?"

 

Müğənni Elçin Cəfərov hesab edir ki, müğənnilərin "mənəm-mənəm" deməsi düzgün deyil: "Qalmaqal üçün nəzərdə tutulubsa, səhv bir addımdır. Siz şəhərə çıxın görün müğənnilərdən necə yaxşı geyinirlər?!" Son vaxtlar sosial şəbəkələrdə məşhurlaşan "Ayə haraya gedirsən?" mahnısına da münasibət bildirib: "Dərinə gedəndə fəlsəfidir və çox düzgündür. Bu ifanı yox, amma fəlsəfəsi mən düşündüyüm kimdirsə, alqışlayıram". Müğənninin sözlərinə görə sosial şəbəkələr səbəbindən gənc ifaçıların bu gün efirə çıxmağa ehtiyacı yoxdur.     

 

 "Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT