Şəxsi həyata burun soxanları nə gözləyir?- MÜZAKİRƏ
13:16 – 29 Noyabr, 2017

Şəxsi həyatımıza kimlər burun soxur? Şəxsi həyatımıza burun soxanlar nəyə görə bunu edirlər? Onlar üçün hansı məsuliyyət nəzərdə tutulur? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.  

 

Rəqqasə Oksana Rəsulova deyib ki, tanınmış simanın həyat tərzi həmişə cəmiyyətin müzakirə mövzusudur: "Oksana kimi sevir? Oksana kim ilə münasibətdədir? Mən bunları qəbul edirəm. Amma insanın hissləri ilə oynayıb, yanlış şəkildə müzakirə edib, çatdırmağa mən həmişə yox demişəm". Oksana Rəsulova hesab edir ki, tanınmış simaların hətta psixoloqların yanına belə getməkdən çəkinmələri məxfilik və etibar məsələsi ilə bağlıdır: "Mən fikirləşirəm ki, sabah o psixoloq məni ailəsi ilə birlikdə müzakirə edəcək, ya yox? Mənim apendisitim də olsa, məxfilik qorunmalıdır".  

 

Vəkillər Kollegiyasının üzvü Elvin Səlimov deyib ki, insanların küçədə özlərinə aid olmayanları çəkib sosial şəbəkələrdə yerləşdirməklərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmur: "Bu o deməkdir ki, parkda baş vermiş hadisə ictimaiyyət arasında baş vermiş və özündə cinayət tərkibi yaratmır. Amma bununla belə şəxsi ailə həyatına dair sirlərin yayılması cinayət məsuliyyəti yaradan haldır".   Vəkilin sözlərinə görə yayılmış məlumatın şəxsi sirr olub-olmadığını hüquq-mühafizə orqanları araşdırmalıdır.

 

Psixoloq Lalə Əhmədova deyib ki, paranoik şəxsiyyət tipinə danışıqları yazan, hadisələri kameraya çəkən insanlar aiddir: "İndi bir çox insanlar bundan əziyyət çəkir. Bu ailədən başlayır. Nə məktəbdə, nə ailədə şəxsiyyətə hörmət qalmayıb. Valideyn uşağı daim kontrol altında tutur, o necə şəxsiyyət kimi yetişə bilər? Biz istəyirik filan qızı sənə alaq. Hansı şəxsiyyətə hörmətdən söhbət gedə bilər?"

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT