Əmlak vergisini kimlər ödəməlidir? - EKSPERT
16:06 – 30 Noyabr, 2017

Bələdiyyələr tərəfindən ərazilərindəki mənzil sahiblərinə əmlak vergisinin ödənilməsi ilə bağlı bildirişlər paylanılıb. Əmlak vergisini kimlər ödəməlidir? Bu vergi necə hesablanır? Əmlak vergisini ödəməyənləri hansı cəzalar gözləyir? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında bələdiyyə məsələləri üzrə ekspert Abil Bayramov bu və digər sualları cavablandırıb.

 

Ekspert deyib ki, qanunvericiliyə əsaəsn sahəsi 30 kvadratmetrdən çox olan əmlaklar vergiyə cəlb olunur: “Ondan artıqdırsa, ümumi sahədən 30 kvm. çıxılır və digər qalan hissələr əmlak vergisinə cəlb olunur. Bu vergini fiziki şəxslərdən bələdiyyələr toplayır”. Ekspert hesab edir ki, bir sıra bələdiyyələr vergi işini düzgün təşkil edə bilmir: “Bir sıra evlərə bildirişlər gedir, bir sıra evlərə bildirşlər getmir. Nəticədə bu mənbədən bələdiyyələr kifayət qədər faydalana bilmir”.

 

Ekspertin sözlərinə görə əmlak vergisinin yığılması fiziki şəxslərin istifadəsində və mülkiyyətində olan əmlakları əhatə edir: “Qanunvericilik binaların kooperativ, yaxud qeyri-kooperativ olduğunu nəzərdə tutmur. Əmlak fiziki şəxsə məxsusdursa, o vergiyə cəlb olunmalıdır”. A.Bayramov deyib ki, bələdiyyələr öz büdcələri ilə bağlı vətəndaşları məlumatlandırmalıdırlar. Ekspert həmçinin bələdiyyələrin digər gəlir mənbələrinə də toxunub: “Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi demək olar ki, yoxdur”. A.Bayramovun sözlərinə görə bələdiyyələr avtomobil dayanacaqlarına görə ödənişlər toplaya bilər: “Bələdiyyələr ödənişləri tam şəkildə ala bilirlərmi? Burada da səlahiyyətlərin toqquşması baş verir”. 

 

“Sosium” layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT