Şairin şeiri, yoxsa qiraətçinin pafosu? - MÜZAKİRƏ
16:52 – 01 Dekabr, 2017

Bədii qiraət məktəb, yoxsa ənənədir? Bədii qiraətdə şairin şeiri əsasdır, yoxsa qiraətçinin pafosu? Qiraətçi hər şeiri səsləndirə bilərmi? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bədii qiraətimizin bugünkü vəziyyəti müzakirə edilib.

 

Əməkdar artisti Ağalar Bayram deyib ki, bədii qiraət aktyor sənətinin bir qoludur. A.Bayramın sözlərinə görə ifa səviyyəsinə əsasən bəzən elə bilirlər ki, şeirin müəllifi şair yox, elə bədii qiraət ustasıdır. Əməkdar artist klassik bədii qiraət ustalarımızdan da nümunələr gətirib: "Həsən Əbluc deyirdi ki, El bilir ki, sən mənimsən deyəndə görəsən bunlar niyə qışqırırlar? Anaya elə deyərlər?" Əməkdar artist onu da qeyd edib ki, bədii qiraətçi mətnin altındakı 4-cü qatı ifadə etməyi bacarmalıdır.   

 

Aktyor Kamran Yunis hesab edir ki, aktyor sənəti yaşamaq deyil, var olmaq deməkdir. Aktyorun sözlərinə görə şeir üçün müəyyən olunmuş yalançı pafos, möhürlənmiş düşüncədən irəli gəlir: "Hər bir sənətçinin şeirə, ədəbiyyata, nəsrə öz münasibəti var. Bir vaxtlar Mikayıl Mirzənin bədii qiraətini sevirdim. Sonra zaman-zaman universitetdə oxudum, sənətdən az-çox başım çıxdı və onun şeir deməyini qəbul etmədim. Bu o demək deyil ki, Mikayıl Mirzə pis şeir deyir".

 

Veriliş boyu müzakirə ilə yanaşı Ağalar Bayram, Kamran Yunis və aparıcı Şəhriyar Del Gerani müxtəlif şeirlər səsləndiriblər.   

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT