Təki mənən əlil olmayaq! - MÜZAKİRƏ
14:11 – 04 Dekabr, 2017

2016-cı ilin sentyabr ayının 3-də Bakıda "Əsa" teatrı təşkil olundu. Bu teatrı digər teatrlardan fərqləndirən cəhət, fiziki məhdudiyyəti olan insanların istedadlarını üzə çıxarmaq və bununla da bir daha onları cəmiyyətimizin ayrılmaz hissəsi kimi göstərməkdir.  "Əsa" Azərbaycanda və bəlkə də dünyada yeganə teatrlardan biridir ki, burada həm sağlam, həm də fiziki məhdudiyyəti olan insanlar birlikdə çalışırlar. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində "Əsa" teatrının fəaliyyətindən danışılıb.

 

"Əsa" teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə deyib ki, teatrın əsas məqsədi fiziki məhdudiyyəti olan insanların incəsənət inteqrasiyasına kömək etməkdir: "Təəssüf ki, əlilliyi olan insanlar Azərbaycanda passiv həyat sürürlər. "Əsa" teatrının yaranması, əslində onlara stimuldur". Nihad Quluzadə teatrın adından da danışıb: "Teatrımızın adı da çox uğurlu oldu: Əsa. Əngəlsiz, Sərhədsiz, Azad".

 

Teatrın direktoru və aktyoru Orxan Adıgözəl deyib ki, teatr ona sənətdə özünü tapmaq baxımından faydalı olub: "Bizim teatrın əsas ideyası budur ki, cəmiyyətə müəyyən mesajlar ötürək. Cəmiyyətin fəallaşmasına, cəmiyyətin ideallaşmasına bir növ nəfəslik olaq".

 

Rejissor və aktyor Elşən Əsgərov sözlərinə görə "Əsa" ən sərbəst teatrlardan biridir: "Biz teatrda məşq edəndə sıxılmırıq ki, hansısa sözü deyəndə, kiminsə xətrinə dəyər. Normal şəkildə qəbul edirik". 

 

Teatrın baş meneceri tamaşaçı auditoriyasından danışıb, təbliğatı daha çox sosial şəbəkələr vasitəsilə apardığını deyib: "Bizim kifayət qədər tamaşaçımız var".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

 

X

XƏBƏRLƏR
BÖYÜT