Elektrik enerjisi ilə təminatdan razısınızmı?
17:58 – 05 Dekabr, 2017

Əhaliyə kommunal xidmət göstərən digər dövlət qurumları kimi “Azərişıq” ASC də soyuq aylarda əhalinin artan tələbatını ödəmək, istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədilə ciddi hazırlıq görür. 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıq üçün “Azərişıq” hansı işləri görüb? Soyuq aylarda elektrik enerjisi ilə təminatda problem yarana bilərmi? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

 “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev payız-qış mövsümündə elektrik enerjisinin verilməsində hər hansı problemin olmayacağını deyib: "Elektrik enerjisindən istilik olaraq da istifadə edə bilərlər. Nə qədər tələbat varsa, ödəniləcəkdir". Tanrıverdi Mustafayev inşa olunan və yenidən qurulan yarımstansiyalar, transformatorlar və digər qurğular barədə məlumat verib: "35 kilovoltluq yarımstansiyaların sayı artıq 141-i ötüb".

 

 Qurum rəsmisi onu da qeyd edib ki,  "Azərişığ"ın 199 saylı çağrı mərkəzi 24 saat fəaliyyətdədir.    

 

"Qış aylarında mənzillərin elektrik enerjisi ilə qızdırılması, elektrik enerjisinə olan tələbatı artırır" - Tanrıverdi Mustafayev belə deyib. Qurum rəsmisinin sözlərinə gərginliyin aşağı düşməsi, yaxud oynaması ilə bağlı hallar artıq aradan qaldırılıb.

 

Hər bir ailə üzvünün standart həcmdə elektrik enerjisi ilə təmin olunduğu deyən T.Mustafayev, həmçinin canlı efirdə sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

 

"Sosium"  layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT