Nadir Qafarzadə ölkədən gedir – ÖZÜ DƏ BİRDƏFƏLİK
19:01 – 05 Dekabr, 2017

Azərbaycan şou-biznesində tanınmaq çətindirmi? Tələbatlı olmaq üçün hansı meyarlar önəmlidir? APA TV-nin “Showtime” layihəsinin növbəti buraxılışında bu və digər sualları müğənnilər Nadir Qafarzadə və Çinarə Məlikzadə, rejissor Ərtoğrul Kamalov cavablandırıblar.

Nadir Qafarzadə indiki cəmiyyətlə barışa bilmədiyindən gileylənib: “Çünki mən başqa cür böyümüşəm, düz böyümüşəm”. N.Qafarzadə sənətkar və sənətçi sözlərinə aydınlıq gətirib: “Sənətkar və sənətçi eyni anlamdır. Sadəcə sənətkar daha möhtəşəm səslənir. Bizim də bəzi qeyri-peşəkar jurnalistlər, insanlar da  Nadir özünə sənətkar deyəndə qıcıqlanırlar. Bəli, mən sənətkaram, sənətçi deyiləm. Sadəcə yaxşı və pis sənətkar var. Çinarə özünə sənətkar deyənlərdən min qat gözəl və peşəkar oxuyur”. Alim Qasımovu Türkiyəyə göndərsək sənətkar yox, sənətçi deyəcəklər. Çünki onlarda sanatçıdır, bizdə sənətkardır”.

Gənc müğənni Çinarə Məlikzadə  tanınmaq üçün çox pul xərcləmədiyini və tanınmasına görə sosial şəbəkə istifadəçilərinə minnətdar olduğunu deyib.

Röyanın radiostansiyalarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Nadir Qafarzadə, onun razı olduğunu deyib: “Bəli, bu gün bizim radiolarımızda musiqidən anlayışı olmayan, ümumiyyətlə leksikonunda “musiqi” sözü olmayan bəzi musiqi redaktorları var ki, onlar orada olmamalıdır. Sabahdan məni verməyə bilərsiniz, çünki siz məndən “qıjı” mahnıları, “çuşka” mahnıları, “bozbaş” mahnıları istəyirsiniz. Bağışlayın mənim musiqi təhsilim, eşitdiyim sənətkarlar, yaşadığım dövr buna imkan vermir. Efir üçün onları oxumayacağam. Çünki sizin musiqi savadınız mənfi birdir. Əslində Azərbaycan musiqisi rəhmətə gedib, yerdən götürəni, ağlayanı yoxdur. Yaxşı ki, bu gün Heydər Əliyev Fondu var. Onların sayəsində muğamda inkişaf var, klassik bəstəkarlarımızın əsərləri xaricdə təbliğ olunur”. Müğənni gələcəkdə Azərbaycanda getmək niyyətində olduğunu da bildirib.  Müğənni bəzi sosial şəbəkə istifadəçilərinə münasibət bildirib: “Qadın qeybət eləyə bilər, amma kişi qeybət eləməz”. Müğənni ifa tərzi ilə bağlı fikirlərini də deyib: “Oxumağın özündə də mədəniyyət var. Biri var fahişə kimi oxuyursan, bir də var əxlaqlı. Oxumağın özündə əxlaq olmalıdır”.   

Rejissor Ərtoğrul Kamalov şou-biznesdəki kriteriyalardan xəbərsiz olduğunu deyib, Nadir Qafarzadə üçün çəkdiyi son klipi barədə danışıb: “”Nadir müəllim instagram səhifəsində foto paylamışdı, jurnalist xanım girib şəklin altında yazmışdı ki, rejissor işi sıfır. Mən məmnuniyyətlə həmin şəkli paylaşdım ki, hər kəs belə dəyərli jurnalistlər olduğunu görsün”.

 

X

XƏBƏRLƏR
BÖYÜT