Saakaşvilinin sözçüsü: "Onun şübhəli hesab olunmasına dair heç bir sənəd yoxdur"
08:57 – 06 Dekabr, 2017

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib. APA TV-nin “RT” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə “Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.

“Saakaşvili nə bir prosessual sənəd imzalayıb, nə də alıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib.

Onun sözlərinə görə, dekabrın 6-da Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.

Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.

X

XƏBƏRLƏR
BÖYÜT