ABŞ Şimali Koreya sərhədləri yaxınlığına zərbələr endirdi - SON MODEL QIRICILARLA
11:24 – 06 Dekabr, 2017

ABŞ hərbi təyyarələri Şimali Koreya sərhədləri yaxınlığına zərbələr endirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, B-1B Lancer bombardmançıları bu zərbələri Cənubi Koreya ilə birgə təlimlər zamanı icra edib.

Pentaqondan təlimləri Şimali Koreya aqressiyasına qarşı atılan addım kimi dəyərləndirilib.

"Bu, müttəfiqlərin Pxenyan təhlükəsinə qarşı cavabı və güc nümayişidir" - deyə, bəyanatda bildirilir.

Cənubi Koreyanın şimal sərhədlərində keçirilən hərbi təlimlər zamanı Kvando əyalətindəki şərti hədəflər uğurla məhv edilib.


Təlimlərə Cənubi Koreya hərbi aviasiyası da qatılıb. Manevrlərdə ilk dəfə 5-ci nəsil qırıcıları da iştirak edib.

X

XƏBƏRLƏR
BÖYÜT