Kral Trampa xəbərdarlıq etdi: "Qüds müsəlmanların ilk qibləsi olub"
13:06 – 06 Dekabr, 2017

ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, kral Ağ Ev rəhbərini rəsmi Vaşinqtonun Qüdsü İsrail paytaxtı kimi tanımasının sülh danışıqlarına zərər vuracağı, həmçinin bölgədə gərginliyi daha da artıracağı ilə bağlı xəbərdar edib.

 

O, müsəlmanların ilk qibləsinin Qüdsdəki "Əl-Əqsa" məscidi olduğunu xatırladıb.


Öz növbəsində Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında Vaşinqtonun belə bir addım atacağı təqdirdə, bunun bölgə ölkələri tərəfindən tərəfkeşlik kimi dəyərləndiriləcəyi vurğulanıb. "Bu, bölgədə sülh üçün sərf edilən çalışmaları heçə endirəcək və İsrail-Fələstin münaqişəsini yenidən qızışdaracaq" - deyə bəyanatda qeyd olunur.

X

XƏBƏRLƏR
BÖYÜT