Ermənilər təlimlərə başladı, ATƏT monitorinq keçirdi - CƏBHƏDƏ SON DURUM
14:34 – 06 Dekabr, 2017

Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.
 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, təlimlər ermənilərin nəzarət etdikləri Kəngərli kəndində və Uzundərə adlanan ərazidə keçirilir.

 

Təlimdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Cəbhəyanı ərazilərdə atəş səsləri eşidilir.

Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində isə monitorinq keçirilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq baş tutan proses insidentsiz ötüşüb.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT