Peyğəmbərin yanına gedən yavru!
15:02 – 06 Dekabr, 2017

Bir neçə gün bundan əvvəl Ağdaş rayonunda 12 yaşlı Adığözəlov İsmayıl Çingiz oğlu intihar etdi. Həmin uşağın intihardan öncə yazdığı məktubu da artıq sosial şəbəkələrdə yayılıb. Onun intihara niyə əl atdığı barədə müxtəlif versiyalar səsləndi. Niyə görə 12 yaşlı İsmayıl öz məktubunda peyğəmbərin yanında olacağını yazmışdı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

 

Millət vəkili Fazil Mustafa hesab edir ki, intihar faktının dinlə əlaqələndirilməsi inandırıcı deyil: "Din sistemi intiharı qəbul etmir. Əslində dindarların içində yanlış din anlayışını formalaşdıran insan tipi nümunələrinə rast gəlirik". Millət vəkili hesab edir ki, intiharda fərqli sosial səbəblər ola bilər. 

 

Yazıçı Cəlil Cavanşir deyib ki, mədrəsə təhsilini aldığı Ağdaşda dini xurafatçılıq az səviyyədədir: "Nədənsə axundun açıqlamasını qabartmırıq? Orada çox güclü sosial mesaj var". Yazıçı hesab edir ki, ilk iki cümləyə əsaslanaraq, dini günahkar görmək yanlış yanaşmadır: "Mən hesab edirəm ki, 12 yaşlı uşaq üçün mədrəsəyə getmək çox tezdir".   

 

Psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, bu gün uşaqların psixoloji immuniteti sıfıra bərabərdir: "Çünki uşaqlarımızın əksəriyyətinin əvvəlki sosiallaşması yoxdur. Əvvəllər uşaqlar məhəlləyə çıxıb oynayırdılar. Bu gün uşaqları evə qapatmışıq".

 

Canlı yayıma telefon xətti ilə qoşulan tamaşaçılar, mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT