İçməli su keyfiyyətlidirmi?
17:33 – 06 Dekabr, 2017

Son  vaxtlar Bakıda su filtri satışı ilə məşğul olan firmalar fəallaşıblar. Onlar sakinləri içdikləri suyun yararsız olmasına inandırmağa çalışır, əllərindəki filtri satmayana qədər əl çəkmirlər. Bəzən bəzi sakinlər də içməli suyun keyfiyyətindən narazılıq edirlər. İçməli su keyfiyyətlidirmi? Su filtrləri satan şirkətlərin ölkədə içməli suyun keyfiyyətsiz olması ilə bağlı iddiaları düzgündürmü? Suyun keyfiyyətinə necə nəzarət olunur? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib ki,  istər Bakıda, istərsə də regionlarda əhaliyə verilən su standartlara uyğundur: "Sadəcə su filtri satan şirkətlər və onun heç bir təhsili olmayan əməkdaşları xüsusilə axşam saatlarında qapı-qapı gəzərək, suyun keyfiyyətini şübhə altına alırlar". Qurum rəsmisi deyib ki, "Azərsu" ASC milyonlarla vəsait sərf edərək müasir laboratoriya qurub: "Bu gün fasiləsiz su verilən ərazilərdə sakinlər kranları açaraq rahat su içə bilərlər. Gündəlik 180-dən çox nümunə analizə veririk. Hər hansı vətəndaş suyun keyfiyyətindən şikayətlənirsə və 955-ə müraciət edirsə, həmin şikayət qeydə alınır". Anar Cəbrayıllının onu da qeyd edib ki, "Azərsu" tərəfindən aparılan mütəmadi xlorlama işləri əhalinin sağlamlığına yönəlib.

 

Qurum rəsmisi yeni tikililərin su anbarlarına da toxunub: "Araşdırmışıq, məlum olub ki, həmin anbarların girişində suyumuzun bulanıqlıq səviyyəsi bütün standartlara uyğundur. Amma anbar neçə ildir yuyulmur və oradan insanlarına evinə çıxan suda bulanıqlıq səviyyəsi normadan yüksəkdir".  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

 

X

XƏBƏRLƏR
BÖYÜT