Göyçayda bir ailə qəzaya düşdü - “RANGE ROVER” VƏ “VAZ-21011” TOQQUŞDU
18:18 – 06 Dekabr, 2017

Göyçay rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

“Range Rover” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin 4 üzvü, İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri - 1962-ci il təvəllüdlü Yediyarov Əlfəddin Qəhrəman oğlu, 1955-ci il təvəllüdlü Yediyarov İzafəddin Qəhrəman oğlu, 1957-ci il təvəllüdlü Yediyarova Gülsənəm Səhrab qızı və 1961-ci il təvəllüdlü Yediyarova Nazeka Əşrəf qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT