Pul borcu toyda da rahatlıq vermədi - SABİRABADDA XALAOĞULLARI BIÇAQLANDI
10:10 – 07 Dekabr, 2017

Sabirabadda toyda xala oğulları bıçaqlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayında təşkil olunmuş toy məclisi zamanı baş verib.

 

Toyda Sabirabad sakini, 1987-ci il təvəllüdlü Əsədov Sarxan Tahir oğlu sərxoş vəziyyətdə bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və onun xalası oğlu, Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Qohumların bildirdiyinə görə, hadisənin baş verməsinə aralarında olan pul borcu səbəb olub.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT