Putin növbəti prezident seçkilərində də iştirak edəcək
11:21 – 07 Dekabr, 2017

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Putin deyib ki, onu bu qərarı verməyə xalqın dəstəyi ruhlandırıb:

 

"Hesab edirəm ki, bu barədə qərarın elan edilməsi üçün bundan gözəl yer və şərait ola bilməz. Dəstəyiniz üçün çox sağ olun. Bəli, mən Rusiya prezidenti vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm. Düşünürəm ki, biz birlikdə hər şeyi layiqincə bacaracağıq".

 

Qeyd edək ki, bir neçə gün əvvəl Kreml rəhbərinin sözçüsü Dmitriy Peskov Vladimir Putinin növbəti seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ yekun qərara gəlmədiyini bildirmişdi.

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT