Salyan sakini arvadını və 4 qızını öldürüb - ÜÇ İL ƏVVƏL TÖRƏDİLƏN QƏTLİN ÜSTÜ AÇILDI
11:52 – 07 Dekabr, 2017

Azərbaycanda 3 il əvvəl törədilən dəhşətli qətlin üstü açılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyanda 3 il əvvəl itkin düşən ana və 4 qızının öldürüldüyü məlum olub.

 

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Salyan sakini Mehparə Əliyeva və qızları - Rəqibə, Sevda, İradə, Ümidənin meyiti tapılıb.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkarlanıb.

 

Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

 

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Mehparə Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyev və oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT