Kim Çen Inın başına pul qoyuldu - BU ÜSULLA BİN LADEN ÖLDÜRÜLÜB
13:30 – 07 Dekabr, 2017

Rəsmi Seul Şimali Koreya liderinin öldürülməsi üçün dövlət büdcəsinə əlavə vəsait qoyub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, vəsait Kim Çen Inın məhv edilməsi üçün xüsusi hərbi dəstənin yaradılmasına sərf olunacaq.

Sözügedən dəstədə 1000 nəfər xüsusi təyinatlının təmsil olunacağı deyilir. Onların qarşısına Pxenyanın Cənubi Koreyaya zərbə endirəcəyi təqdirdə Şimali Koreya rəhbərliyinin məhv edilməsi tapşırığı qoyulub. Hərbçilərə Amerikan metodikası əsasında təlimlər keçiləcək. Həmin üsuldan Üsama bin Ladenin zərərsizləşdirilməsi zamanı istifadə edilib.

Bundan başqa vəsaitin bir hissəsi mühüm texnikaların alınması üçün xərclənəcək. 

X

XƏBƏRLƏR
BÖYÜT