Manyak ata arvadını və dörd qızını üzü qibləyə basdırıb - SALYANDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI
14:14 – 07 Dekabr, 2017

Salyanda 3 il əvvəl itkin düşən ana və 4 qızının ataları tərəfindən öldürüldüyü məlum olub.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü Fərhad Əliyev arvadını və 4 qızını boğazını kəsərək öldürüb. İlkin məlumatlara əsasən, Fərhad Əliyev qətlə yetirdiyi ailə üzvlərini 1989-cu il təvəllüdlü oğlu Fəqan Əliyevlə birlikdə evin zirzəmisində basdırıb.

 

Mehparə 1961-ci il təvəllüdlü Əliyeva və qızları – 1985-ci il təvəllüdlü İradə, 1987-ci il təvəllüdlü Sevda, 1991-ci il təvəllüdlü Ümidə və 1998-ci il təvəllüdlü Rəqibənin meyitləri zirzəmidən tapılaraq çıxarılıb, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

 

Bildirilir ki, Fərhad Əliyev sərxoşluqla məşğul olub, yüngül həyat tərzi keçirib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə Fərhad Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.

 

Faktla bağlı cinayət işi açılıb, Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.

X

XƏBƏRLƏR
BÖYÜT