Dünyanı heyran qoyan 15 yaşlı Reyhan qonağımızdır!
14:37 – 07 Dekabr, 2017

Təxminən 1 həftə bundan əvvəl Hindistanda qlobal sahibkarlıq sammiti keçirildi. Həmin sammitdə azərbaycanlı, 15 yaşlı məktəbli Reyhan Camalova da iştirak edirdi. Reyhan sammitdə özünün kəşf etdiyi qurğunu nümayiş etdirdi. Həmin qurğu mötəbər insanların, o cümlədən ABŞ prezidentinin qızı İvanka Trampın  xüsusi diqqətini cəlb etdi. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında dünyanı öz kəşfi ilə heyran edən Reyhan Camalova kəşf etdiyi qurğusundan danışıb. O deyib ki, icad etdiyi qurğu yağışdan enerji alır və ekoloji baxımdan təmiz enerji ilə təmin edə bilir: "Bildiyiniz kimi yağış yağır və boşa gedir. İnsanlar bu nemətdən niyə istifadə etməsinlər? "Hər dəfə bir evi işıqlandır" şüarının da mənası budur. Bu cihazın iş prinsipi, hidroelektrik su stansiyalarının iş prinsipinə oxşardır".

 

Reyhan deyib ki, Azərbaycan yağışların çox düşdüyü ölkə olmadığından, kəşf etdiyi qurğu daha çox ekvatorial ərazilər üçün nəzərdə tutulub. Onun sözlərinə görə qurğunun hazırlanması üçün ilkin olaraq 20.000 dollar məbləğində investisiyaya ehtiyac var. Reyhan kəşfin yaranma tarixçəsindən də danışıb: "Çox az adam inanırdı. Bütün uğur hekayələri belə başlayır". O həmçinin kəşfin artıq patentləşmək ərəfəsində olduğunu deyib.

 

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu deyib ki, dünyanın ən böyük cihadı, elmlə əldə olunmuş cihaddır: "Reyhan məktəblərdə, dərnəklər yeniyetmələrlə baş-başa buraxılmalı, yaşıdları ilə bunları bölüşməlidir".

 

Yazar Mirmehdi Ağaoğlu isə kəşfi belə dəyərləndirib: "Əslində Reyhanın 2017-ci ildə Azərbaycana gətirdiyi uğur, bəlkə də 2027-də Azərbaycanı irəli aparacaq, bəhrəsini həmin ildə verəcək bir uğurdur".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT