ABŞ dövlət katibi: "Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmalıyıq"
16:11 – 07 Dekabr, 2017

"ABŞ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik".

 

APA TV-nin məlumatına görə, bu sözləri  ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı ABŞ dövlət katibi Reks Tillerson deyib.

 

R.Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır: "İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür" - deyə o vurğulayıb.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, həll prinsipləri dəfələrlə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən vurğulanıb:

"ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək".

X

XƏBƏRLƏR
BÖYÜT