Şirvan sakinlərindən külli miqdarda narkotik götürüldü
16:12 – 07 Dekabr, 2017

Şirvan sakinlərindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

 

APA TV-nin xəbərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən saxlanılıb.

 

Polis Şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 3,30 qram və 3,62 qram olmaqla ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

 

Araşdırmalarla onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və görülmüş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkotik vasitələr aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 951,26 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

X

XƏBƏRLƏR
BÖYÜT