Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıdı
16:17 – 07 Dekabr, 2017

Çexiya rəsmən Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb.


"Çexiya İsrail və Fələstin arasında sülh imzalanana qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq" - deyə, bəyanatda deyilir.


Bəyanatda o da qeyd olunur ki, Çexiya danışıqlardan asılı olaraq, səfirliyini  Təl-Əvivdən Qüdsə köçürülməsi barədə düşünə bilər.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıdığını elan edib və ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə tapşırıq verib. Onun bu addımı bir Britaniya və Almaniya rəhbərliyi, eləcə bir çox müsəlman ölkələri tərəfindən narazılıqla qarşılanıb.

İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu Ağ Ev rəhbərinin bu qərarını alqışlayıb.

X

XƏBƏRLƏR
BÖYÜT