Bərdədə yanğın zamanı 4 otaqlı evin 2 otağı tamamilə yanıb
05:37 – 08 Dekabr, 2017

Bərdə rayonunda fərdi yaşayış evində yanğın olub.  APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaraməmmədli kəndində baş verib.

Hadisə zamanı kənd sakini Niyazi Məmmədova məxsus birmərtəbəli 4 otaqlı evin iki otağını alov bürüyüb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə nazirliyin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində birmərtəbəli 4 otaqlı evin iki otağı əşyaları ilə birlikdə yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.

X

XƏBƏRLƏR
BÖYÜT