Fələstinlilərlə İsrail polisi arasında toqquşmalar artıb - QÜDS UĞRUNDA
05:50 – 08 Dekabr, 2017

İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərarı olub.

Həmin şəxslərdən 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb. Daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən xəsarət alıb.

Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir.

X

XƏBƏRLƏR
BÖYÜT