Cənubi Azərbaycan yazıçıları nədən qorxurlar? -MÜZAKİRƏ
16:29 – 08 Dekabr, 2017

Cənubi Azərbaycan ədəbiyyatında türkçülük meylləri. Modern İran şeiri Qərb ədəbiyyatına nə deyir? İran Azərbaycanı poeziyası və Azərbaycan poeziyası arasında hansı paralellər var? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında  bu suallar ətrafında müzakirə aparılıb.

 

AYB Güney ədəbiyyat şöbəsinin rəhbəri, yazıçı Sayman Aruz deyib ki, Cənubi Azərbaycan ədəbiyyatı bu gün İran mərkəzli bir ədəbiyyat deyil, Təbrizdən və Azərbaycandan idarə olunur: "Bu gün Təbriz Cənubi Azərbaycanın ədəbiyyat, mədəniyyət beşiyinə çevrilib". S.Aruz hesab edir ki, İran-İraq müharibəsi olmasaydı, Cənubi Azərbaycan ədəbiyyatı daha da inkişaf edə bilərdi: "Düşünən beyinlər dərs oxumaq əvəzinə gedib döyüşdülər, öldülər". S.Aruzun sözlərinə görə Cənubi Azərbaycan yazarları hələ də qara mühitdən ayrıla bilmirlər.

 

AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Pərvanə Məmmədli, Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından danışıb: "Türk dilində danışılmırdı, adamlar qorxurdular. Şəhriyar 1953-cü ildə bu buzu sındırdı və Azərbaycan türkcəsində şeir yazdı. Şəhriyarın əsas xidməti Azərbaycan türkcəsinə yeni ruh vermək oldu".

 

Qonaqlar həmçinin müasir Cənubi Azərbaycan şairlərinin şerlərindən parçalar səsləndirib, Cənub poeziyasında son vaxtlar modern üslublu, Qərb ruhlu nümunələrin meydana gəldiyini qeyd ediblər. 

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT