Trampın Qüds qərarı: İslam dünyasına müharibə,yoxsa...
17:23 – 08 Dekabr, 2017

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması qərarını açıqladı. Artıq bütün dünya bu qərardan danışır, dünya liderləri Trampın qərarını pisləyən bəyanatlar verir, islam ölkələrində Birləşmiş Ştatlar əleyhinə kütləvi aksiyalar keçirilir. Qüdsün İsrail paytaxtı kimi tanınmasında hədəf nədir? İslam dünyasına qarşı müharibə elanı, yoxsa Yaxın Şərqdə gərginlik yaratmaqla ABŞ-ın zəifləyən mövqelərini bərpa etmək? Qüdsün İsrail paytaxtı kimi tanınması hansı nəticələrə gətirib çıxara bilər? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu mövzu geniş müzakirə olunub.

 

Oğuz Araşdırmaçılar Qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu hesab edir ki, Trampın bu qərarı Yaxın Şərqdə yeni münaqişə ocaqlarının yaranmasına təkan verəcəkdir: "İndiki məqamda belə bir qərarın qəbul edilməsi ilk növbədə İŞİD-dən sonrakı dönəmdə tərəflərin yeni güc nisbətinə hazırlaşmalarından irəli gələn addımdır".  Qüds məsələsində İranın mövqeyinə toxunan politoloq deyib ki, İran həssas yanaşaraq, FAT-a deyil, HƏMAS-a dəstək verdiyini deyib.

 

Politoloq hesab edir ki, kökündə dayanan səbəblərdən biri, İslam ölkələrinin Qüdslə bağlı birmənalı mövqeyə malik olmamalarıdır: "İslam dövlətləri milli maraqlarla dövlət maraqları arasında tərəddüd edirlər".  Politoloq onu da deyib ki, Qərbin Qüdsü İsrail paytaxtı kimi tanıyacağı artıq aksiomadır. 

 

Vüqar Zifəroğlu bu məsələdə Azərbaycanın mövqeyini əks etdirən prinsipləri də sadalayıb: "İslam həmrəyliyinə nail olmaq, dialoqu bərpa etmək, ümumiyyətlə dinimizi ən yaxşı şəkildə təbliğ etmək və yaşatmaq".

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

X

XƏBƏRLƏR
BÖYÜT