Vergini sevərək və qorxaraq ödəyənlər!
14:03 – 11 Dekabr, 2017

Vətəndaşın dövlət qarşısındakı vəzifələrindən biri də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda vergidən yayınmamaq və onları vaxtlı-vaxtında ödəməkdir. Azərbaycanda vergilər necə ödənilir? Vergini qorxaraq, yoxsa dövlətə olan sevgimizdən ödəyirik? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suallar geniş müzakirəyə səbəb olub.

 

İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, Azərbaycanda vergi qanunvericiliyi normal olsa da, onun tətbiqində problemlər ortaya çıxır. Ekspert deyib ki, Sosial Müdafiə Fonduna ödəmələrin yüksək olması, bəzi hüquqi şəxslərdə ikili mühasibatlığın formalaşmasına səbəb olur: "Bu sektorda islahat aparmaq olar ki, 22% müəssisə ilə işçilər arasında bölüşdürülə bilər".     

 

İqtisadçı Samir Əliyevin sözlərinə görə nəticə kimi yox, vasitə kimi baxmaq lazımdır: "Sovet dövründə belə bir yanaşma var idi: dövlətin pulu. Amma xarici ölkələrdə çox gözəl bir yanaşma var. Onlar daha çox vergi ödəyicilərinin pulu deyirlər". İqtisadçı hesab edir ki, istehsal sahəsində vergiləri aşağı salmaq lazımdır: "İmkan yaratmaq lazımdır ki, sahibkar gəliri investisiyaya yönəltsin".   Nağdsız ödənişlərə toxunan S.Əliyev hesab edir ki, Azərbaycan sahibkarları bu cür ödənişlərə maraq göstərmirlər.     

 

İqtisadçı ekspert Qulu İbrahimli deyib ki, Azərbaycanda vergi dərəcələri Avropa ölkələri ilə müqayisədə aşağıdır. Ekspert hesab edir ki, vergi ödəyiciləri müəyyən hallarda öz hüquqlarını bilmirlər: "Əgər vergi mənim aylıq öhdəliklərimdən artıq məbləği istəyirsə, bəzi hallarda müəyyən olunmuş qaydalardan kənar, təzyiq üsulundan istifadə edirsə, deməli kimsə vergini ödəməyib".  Ekspertin sözlərinə görə sahibkarlar mühasibatlığın proqram təminatına xüsusi diqqət yetirməlidirlər.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT