Hansı ayıq sürücüyə etibar edək?
14:45 – 13 Dekabr, 2017

Həmişə sürücülərlə yol polisi əməkdaşları arasında münaqişə baş verir. Bəzən bu münaqişələrin ən başlıca səbəblərindən biri sürücülərin spirtli içkidən istifadə edərək, sükan arxasına əyləşmələridir. Bu hallardan çıxış yolu kimi, son vaxtlar ayıq sürücü xidmətlərinin sayır artmaqdadır. Bəs ayıq sürücü xidmətləri necə fəaliyyət göstərir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

 

Əməkdar artist Novruz Qartal deyib ki, spirtli içki qəbul edən şəxsin sükan arxasına əyləşməsi yolverilməzdir: "Gözümün işığı olsa belə sərxoş sürücüləri heç vaxt qəbul etməmişəm".

 

Jurnalist Mahir Məmmədli ayıq sürücü xidməti ilə bağlı başına gələn və son günlər sosial şəbəkələrdə daha çox müzakirə edilən hadisəni bölüşüb. M.Məmmədli hesab edir ki, vergidən yayınmamaq üçün, ayıq sürücü xidməti rəsmi qəbz verməlidir: "Bir şirkət çek verə bilmirsə, deməli öz sürücüsünü sığortalamayıb. Sürücüsünün törətdiyi qəzaya görə şirkət məsuliyyət daşımayacaq. Ayıq sürücü bahalı maşınlar da idarə eləyir, başqa maşınları vura bilər"

 

Müğənni Narana Paşayeva heç vaxt ayıq sürücü xidmətindən istifadə etmədiyini deyib.

 

Ayıq sürücü Elxan Məmmədzadə ayıq sürücü xidmətinin son dərəcə məsuliyyətli olduğunu deyib. O, Mahir Məmmədlinin başına gələn hadisəyə münasibət bildirib: "Sürücünün açarı götürüb getməyi ilə razılaşmıram. Amma pul tələb etmək onun haqqıdır. Şirkətin pulunu, öz faizini götürməlidir".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT