Qüds: kimindir, kimin olacaq?
13:54 – 14 Dekabr, 2017

Dekabrın 5-də ABŞ prezidenti Donald Tramp Yerusəlimi-Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan etdi. "Barıt çəlləyi"nə bənzəyən Yaxın Şərqdə vəziyyət yenə gərginləşdi. Dekabrın 13-də Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının dövlətləri toplandı və bu məsələ müzakirə edildi. Azərbaycan prezidenti İlham Əliyev də bu toplantı da iştirak etdi.  Qüds: kimindir, kimin olmalıdır? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

 

Millət vəkili Elman Nəsirov deyib ki, Qüdslə bağlı bəyanat Trampın seçki qabağı platformasının mühüm müddəalarından biri idi: "Bu ABŞ üçün deyil, Trampın özü üçün lazımdır. Bu eyni zamanda İsrail üçün lazım deyil, Netanyahu üçün lazımdır". Millət vəkili hesab edir ki, Trampın komandasında Yaxın Şərqi tanımayan biznesmen və hüquqşünaslar, milliyyətcə yəhudi olanlar Fələstin-İsrail münaqişəsinin həlli ilə məşğuldurlar.   

 

Politoloq Arzu Nağıyev hesab edir ki, ikinci müharibə ocağının yaratması, yeni qüvvələrin silahlanması üçün bu ən yaxşı variantdır. Politoloq deyib ki, burada ən maraqlı tərəf rolunda Türkiyə çıxış edir: "Orada çıxış edən hər bir ərəb dövlətinin arasında problemlər olduğu kimi, heç biri ABŞ-ı qınamır. Qınanan yer məhz İsraildir".  Fələstinin Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləməsi ilə bağlı yayılan fikirlərə münasibət bildirən A.Nağıyev hesab edir ki, bu sadəcə Azərbaycanda ərəb dünyasına qarşı nifrət oyatmaq məqsədini daşıyır. 

 

"Qüds məsələsinin ortaya çıxması, Ərdoğana sanki Tramp tərəfindən verilən hədiyyə kimi oldu" -, politoloq Şahin Cəfərli belə deyib. Onun sözlərinə görə anti-İsrail ritorikası daha çox daxili siyasətə yönəlmiş ritorikadır.  Politoloq bundan başqa Türkiyə-İsrail münasibətlərindən də danışıb.  

 

Azərbaycan mövqeyinə gəlincə Elman Nəsirov deyib ki, ölkəmiz istənilən münaqişənin beynəlxalq hüquq və  normalar çərçivəsində həllinin tərəfdarıdır: "İsraildə çox gözəl bilirlər ki, Azərbaycanın indiki halda davranışı İsraili, ABŞ-ı hədəfə almayıb". 

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

 

X

XƏBƏRLƏR
BÖYÜT