Yetim Eyvazın oğlu intihar etmək istəyir: “Məni döydülər...”
16:51 – 14 Dekabr, 2017

Məşhur övladı olmaq necə bir hisdir?  Məşhur övladı cəmiyyətdə özünü necə aparmalıdır? APA TV-nin "Showtime" layihəsində müğənni Səidə Dadaşova və şair Yetim Eyvazın müğənni oğlu Aqşin Qurbanov bu sualları cavablandırıblar.

 

Səidə Dadaşovanın sözlərinə görə məşhur övladı olmaq çətindir: "Uşağımı dənizə aparıram. Deyirəm indi şortik geyinsəm, kimsə kənardan çəkəcək. Mən insanam, gedə bilmərəm? Əlbəttə çərçivə daxilində olmalıdır". Müğənni bəzi sosial şəbəkə istifadəçilərini tənqid edib: "Mən qidalanıram, sizin o pis-pis sözlərinizdən. Deməli mən varam, rəqibəm və güclü bir insanam". Səidə Dadaşovanın ailə dağıtması ilə bağlı yayılan söz-söhbətlərə müğənninin münasibəti belə olub: "Onu deyən insanların özü bilirsən nələrlə məşğuldur? Mən də hər şey göz önündədir. Pərdəarxası bir şeydir. Mən belə şeyləri işıqlandırmaq istəmirəm. Mən xoşbəxt insanam, övladım var. Allah sizə ruzi, xoşbəxtlik versin ki, sizin kimilərin nəfsi bizim üstümüzdən çəkilsin. Mən heç düşmənimə qarğış eləmirəm".   Müğənni sənətdən getməsi ilə bağlı fikirlərə də münasibət bildirib: "Sənətdən yox, şou-biznesdən, çirkabdan getmək istəmişəm".

 

Aqşin Qurbanov deyib ki, əgər şairi sevib, hörmət edirlərsə, onun övladına da hörmət etməlidirlər. Müğənni mərhum atası ilə münasibətlərinə də toxunub "Pis-yaxşı, mən onun övladı idim. Biz atamla daha çox mehriban idik. Uşaqlıqdan o bizi qoyub getmişdi. Anamla boşanmasa da, 96-cı ildən bir yerdə yaşamırdıq. Amma aramız çox yaxşı idi, mehriban idik".  Aqşin intihara cəhd etməsi barədə də danışıb: "Əzizbəyov körpüsünün üstünə getdim. Yanımda dostum var idi, ona tapşırıqlar verdim ki, anamdan muğayat olsun. Qəfildən yoldan keçən maşınlar məni tutub saxladılar. Sabunçu rayonunun 12-ci polis bölməsinə apardılar. Polislər də məni başa saldılar, mənə ruh verdilər. Gəldim, bir-iki jurnalistdən xahiş elədim, yalvardım, hətta pul da təklif etdim ki, atam hörmət edirsinizsə, onu ordan silin. İkisi-üçü sildi, amma bir-iki sayt silmədi. Özünü öz səhifəsində Eyvazla reklam etdi".

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq, www.apa.tv saytından izləyə bilərsiniz.  

 

X

XƏBƏRLƏR
BÖYÜT