Ədəbiyyat dərslikləri şagirdlərə nə öyrədir? - MÜZAKİRƏ
17:19 – 15 Dekabr, 2017

Orta məktəb ədəbiyyat dərsliklərinin konsepsiyası necə qurulurb? Dövrlər üzrə müəlliflərin təsnifatı hansı prinsiplərlə aparılır? Çağdaş şair və yazıçılarından ədəbiyyat dərsliyinə kimlər düşməlidir? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Əməkdar müəllim Bilal Həsənli deyib ki, hazırda dərsliklərin çapı tender qaydalarına uyğun olaraq həyata keçirilir: "Məğlub olan nəşriyyatlar deyir ki, biz müəyyən qədər haqsızlıqla üzləşmişik". B.Həsənli hesab edir ki, ədəbiyyat dərsliklərində icmal mövzusuna əsasən adların sadalanması şagirdlərə faydalı deyil. Onun sözlərinə görə müasir dövr yazıçıların ədəbiyyat dərsliklərinə salınması zaman məsələsidir.  Bilal Həsənli müəllimlərin hazırlığına da münasibət bildirib: "Dərslik hazırlandı, müəllimlər üçün 10 günlük kurslar keçirildi. Kurikulum üzrə dərs keçmək 10 günün işi deyil!"

 

Ədəbiyyatşünas Cavanşir Yusiflinin sözlərə görə bəzi yazıçılar dərsliklərə "böyük" yazıçı adı ilə salınaraq, şagirdlərə "sırınır": "Həmin mətnlərdə bədii keyfiyyət yoxdur. Bir roman çıxır, haqqında 30-40 müəllif konveyer, ya kombayn üsulu ilə monoqrafiyalar yazmağa başlayır. Bunlar dərsliklərə də sirayət edir. Bu şəraitdə Azərbaycan dilində yazılan ədəbiyyat dərsliyinin normal olması qeyri-mümkündür". Ədəbiyyatşünas onu da qeyd edib ki, bu problemlərin yaranma səbəbi ədəbiyyat tarixçiliyinin formalaşmamasından qaynaqlanır.  "Düşüncəni istiqamətləndirmək lazımdır. Orta məktəblərdəki problemlərdən biri də budur. Mükəmməl bir dərslik olsun, onu kim oxuyacaq?" - Cavanşir Yusifli belə deyib. 

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT