Hansı əsərdə nələr gizlənib: gizli kodlar! - MÜZAKİRƏ
13:17 – 18 Dekabr, 2017

Oxuduğumuz əsərlərdə hansı kodlar gizlənib? Orta əsrlər ədəbiyyatımızdakı sirləri aça bilmişikmi? Müasir Azərbaycan ədəbiyyatında yazıçıların kodlaşdıraraq təqdim etdiyi məlumatlar varmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

 

AYB-nin yaradıcılıq üzrə məsələləri üzrə katibi İlqar Fəhmi deyib ki, Şərq mədəniyyətində işlənən "əvvam" ifadəsi çox vaxt avam kimi qəbul edilsə də, bu kütlə mənasını ifadə edir. "Bir də var mərceylər. Yəni bu toplumdan kənarda olanlar. Mərceylər üçün olan informasiyanı həmişə müəyyən kodlarla gizlədiblər və gizlədildiyinə görə də həmişə o xalqın içinə çıxmayıb. Çünki bu informasiya toplumun təfəkkürü üçün deyil". İlqar Fəhmi onu da qeyd edib ki, bütün Şərq mədəniyyətinin ortaya çıxan nümunələri Türk dövlətçiliyinin nəticəsidir.

 

"Şərq ədəbiyyatında olan ifadələr, işarələr, altqatların hamısı bizə yaddır. Ən çox Bakı kəndlərində bu söhbətlər olub" - Elçin Hüseynbəyli belə deyib. Yazıçı müasir Azərbaycan ədəbiyyatındakı kodlardan danışıb: "Özümdən danışa bilərəm. O ki qaldı başqa əsərlərdə kim hansı kodları işlədib, mən onu bilmirəm. Daha doğrusu xatırlamıram". Elçin Hüseynbəyli hesab edir ki, biz kodlarımızı Çində tapmalıyıq.

 

Nizami Gəncəvi ilə Füzulunun "Leyli Məcnun"unu müqayisə edən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq hesab edir ki, Nizaminin Leylisi daha çox türk idi, türk mədəniyyətini təbliğ edirdi. Ş.Sadiq həmçinin "Koroğlu" dastanına da toxunub: "Necə olur ki, 18-ci əsrdə yaranan dastanın eyni motivlər əsasında türkmən qolu var, Tatarıstanda var, Gürcüstan variantı var. 18-ci əsrdə yazılmış əsərin bu qədər geniş areala yayılması mümkün deyildi. Deməli daha qədimdir, hətta mifik bir obrazdır".  

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT