Nigar Camal Canlı efirdə Röyanın cavabını verdi
18:56 – 19 Dekabr, 2017

Musiqi yarışmaları həqiqətən tramplindirmi?  Müsabiqələr müğənnilərin karyera qurmasında hansı rolu oynayır? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında müğənnilər Nigar Camal və Samir Cavadzadə bu və digər sualları cavablandırıblar.

Samir Cavadzadə deyib ki, bizdə dedi-qodu sevənlər çoxdur: "Bütün söz-söhbətlər söz aparıb gətirənlərə görə yaranır. Jurnalist söz-söhbət yaratmır ki? Müğənni nə isə deyir, ondan sonra jurnalist başlayır onu yazmağa". Samir Cavadzadə deyib ki, dünya səviyyəli müsabiqələrdən sonra bunu davamlı etmək vacibdir: "Qayıdıb bura gələndən sonra toy bazarına düşürsən, bütün əhvalın pozulur".

"Mənə deyirlər ki, 4 nəfərin - sənin, Elnurun, Eldarın, Nigarın adları məktəb kitablarındadır. Bundan qürur duyuram. Siz nə üçün bunu tamaşaçıya qarşı çevirirsiniz?" - Samir Cavadzadə belə deyib.  Müğənni Nigar Camal ilə Röya arasındakı qalmaqala da münasibət bildirib: "Mən istəyirəm ki, bunu keçək, artıq yumor kimi qəbul edək. Əslində nə Röyaya, nə də Nigara  lazımsızdır". Samir Cavadzadə həmçinin özünü Türkiyə və Rusiyada keçirilən musiqi yarışmalarından görmədiyini deyib: "Sırf Amerikada olsa, çıxaram".

 

Nigar Camal hesab edir ki, "Avroviziya" müsabiqəsinə gedən müğənnilər qalmaqaldan uzaqdırlar. "Xocalı ilə bağlı ən böyük layihə mənə aiddir. Amma heç kim bundan danışmır, tamamilə başqa-başqa mənasız şeylərdən danışır. Mənim səsimi sevmirsən, mahnılarıma qulaq asma. Mən axı demirəm ki, nömrə birəm? Amma mən tarixə düşmüş bir insanam".  Nigar Camal plastik əməliyyat keçirməsi ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib: "Kimin bədənlə bağlı problemi varsa, mənim üstümə gəlməsinlər? Bədən qəşəng olanda neynəməliyəm?" Müğənni Röya ilə münasibətlərinə də toxunub: "Əgər nə isə xoşuna gəlməyibsə, mənə zəng edib danışa bilərdi. Biz orada bir şəhərdə idik. Axı mən bilmirəm ki, arada hansı söhbətlər gedirdi?"

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT