Dədə-babamız yolka bəzəyibmi? - MÜZAKİRƏ
15:46 – 20 Dekabr, 2017

Hər dəfə yeni il yaxınlaşanda, sosial şəbəkələrdə əsasən bir mövzu üstünlük təşkil edir. Yeni ilin atributları, Şaxta babası, Qar qızı,  yolkası bizə lazımdırmı? ümumiyyətlə yeni ilin bu cür qeyd edilməsi nə dərəcədə düzgündür?  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

 

Etnoqraf, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev deyib ki, miladi təqvimi təkcə xristianlıqla əlaqələndirmək düzgün deyil: "Bu uzun müddət ərzində inkişaf etmiş astronomik təqvim sistemidir". B.Əliyev hesab edir ki, yolka bəzədilməsinin xristianlıq ənənəsinə aid deyil. Bəhmən Əliyev deyib ki, böyük çillənin zərdüştlüklə heç bir əlaqəsi yoxdur: "Bunun əsl adı Qara qışdır".

 

İlahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə islam hər bir bayramdan haramları kənarlaşdırmağın tərəfdarıdır: "Bəzi dindarlar yeni ilə radikal yanaşırlar. Heç yerdə yazılmayıb ki, yeni ili hər hansı şəkildə keçirmək haramdır".  F.Əhmədli deyib ki, islam təqviminə görə yeni il məhərrəm ayının 1-dən hesablansa da, heç yerdə, hətta Səudiyyə Ərəbistanında belə qeyd olunmur.

 

Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib ki, Türk mifologiyasında Ayaz ata deyilən mifoloji bir obraz var: "Ayaz ata obrazı hətta xristianlıqdan çox-çox əvvəl olubdur. Ay sözündən olduğuna görə ay işığı mənasını verir. Ayaz baba obrazı ayazın insanlara xoşbəxtlik gətirəcəyinə işarə edir". Ə.Vəliyevin sözlərinə görə Noel baba elə Ayaz babanın törəməsidir. Mütəxəssis şam ağacının bəzədilməsi barədə də danışıb: "Şam ağacı, küknar ağacı ona görə seçilir ki, uzun ömürlülüyün rəmzi kimi bəzədilsin. Qədim türklərdə şam ağacı meyvə quruları, müxtəlif meyvələrlə bəzədilib".   

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT