2017-ci ilin ədəbi mühiti yadda qala bildimi? - MÜZAKİRƏ
15:09 – 22 Dekabr, 2017

2017-ci ilin ədəbi mühiti hansı yenilikləri ilə yadda qaldı? Hansı yeni layihələrə imza atıldı? Yazarlarımız beynəlxalq festivallardan necə qayıtdılar? Azərbaycan ədəbiyyatının builki uğurları və itkiləri  nə oldu? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında ilin ədəbi yekunları geniş şəkildə müzakirə olunub.

 

Yazıçı Şərif Ağayarın sözlərinə görə yola salmaqda olduğumuz ilin ədəbi mühitində əsas dönüş olmayıb. Ş.Ağayar "TEAS Press" və "Qanun" nəşriyyatlarının  uğurlu nəşrlərini qeyd edib. Yazıçı hesab edir ki, dünyada Azərbaycan ədəbiyyatı anlayışını formalaşdırmaq lazımdır: "Kitab industriyası formalaşmalıdır. Dövlət səviyyəsində böyük kitab şəbəkəsi yaradılmalıdır". Şərif Ağayar hesab edir ki, Türk, İran, gürcü ədəbi mühitində çağdaş Azərbaycan ədəbi mühitə qarşı bir az inamsızlıq hökm sürür. O həmçinin yazıçı və oxucu münasibətlərindən də danışıb.

 

Yazar Mirmehdi Ağaoğlunun sözlərinə görə Ş.Ağayarın müəllifi olduğu "Arzulardan sonrakı şəhər" romanı ədəbi mühitdə ciddi əks-səda doğurdu: "Qismətin iki kitabının  - Nabokovun müharizələrinin və dünya yazıçılarının esselərinin tərcüməsi Azərbaycan üçün böyük hadisədir". Yazar İranda keçirilən Birinci Qısa Hekayələr müsabiqəsindəki iştirakından və qazandığı mükafatdan danışıb. Mirmehdi Ağaoğlu deyib ki, kitab təqdimatına əslində yazıçı yox, oxucu getməlidir.

 

Verilişdə həmçinin yazıçı Cəlil Cavanşirin ədəbiyyatdan getməsi ilə yaydığı açıqlamaya münasibət bildirilib. Şəhriyar Del Gerani deyib ki, Cəlil kimi 20 imza sabah ədəbiyyatdan getsə, bu kimisə narahat edəcəkmi? 

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT