Bayram günlərində harada dincəlmək sərfəlidir? -EKSPERT
18:00 – 22 Dekabr, 2017

Bayramı ərəfəsində Azərbaycan vətəndaşları yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər. Bayramı harada qarşılamaq sərfəlidir? Yerli və xarici turistlər yeni ili harada və necə qeyd edə bilər? Ucuz qiymətə əla istirahət üçün hansı yerlər cəlbedicidir? APA TV-nin

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, ölkəmizdə daxili turizmin çəkisi ildən ilə artır: "Bizim yerli əhali daha çox ölkəmizdə istirahət etməyə üstünlük verir. Bu da çox yaxşıdır ki, qazanılan gəlir ölkəmizdə qalır". M.Ağakərimovun sözlərinə görə gəlmə və daxili turizmin inkişafı yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Qurum rəsmisi hesab edir ki, turizmin inkişafı istiqamətində büdcə otellərinin inşasına start vermək daha məqsədəuyğun olar.

 

M.Ağakərimov deyib ki, Azərbaycandan Türkiyəyə və digər ölkələrə gedən turistlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Qiymət məsələsinə gəlincə Müzəffər Ağakərimov Azərbaycanda qiymətlərin aşağı olduğunu qeyd edib: "Sahibkarlar, menecerlər otellərdə qiymət artımına yol verməməlidirlər. Xüsusən bayram günlərində. Dequstasiyalar, restoranda cürbəcür Şərq şirniyyatları, Azərbaycan mətbəxini təbliğ etməklə əlavə qazanc əldə edə bilərlər".

 

M.Ağakərimovun sözlərinə görə regionlardakı xidmət səviyyəsi hələ də tələb olunan səviyyədə deyil. Avropada istifadə edilən "Frankfurt" cədvəlindən danışan Müzəffər Ağakərimov, bu cədvəlin ölkəmizdə də tətbiq edilməsinin vacibliyini vurğulayıb: "Əgər biz beynəlxalq standartlarla işləyiriksə, bu Avropa sistemidir. Amma otellərdən soruşsan, bəlkə də heç xəbərləri yoxdur".  Müzəffər Ağakərimov hesab edir ki, turistlərə xidmət göstərmək, ölkənin nüfuzunu qaldırmış olur.   

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT