İsa Peyğəmbərin gizlinləri - MÜZAKİRƏ
13:03 – 25 Dekabr, 2017

Hər il dekabr ayının 25-ni dünya katolikləri İsa Peyğəmbərin mövludu günü kimi qeyd edilər. Qurani-Kərimdə adı keçən peyğəmbərlərdən biri olan Həzrəti İsa müsəlmanlar üçün də doğma obrazdır. Bəs İsa Peyğəmbər əslində dünya ədəbiyyatı və incəsənəti üçün kimdir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında İsa Peyğəmbərin bu günə qədər gizli qalan həqiqətləri müzakirə edilib.

 

İlahiyyatçı Hacı Şahin Həsənli deyib ki, xristianlıqdan fərqli olaraq Qurani-Kərimdə İsanın deyil, onun bənzərinin çarmıxa çəkildiyi qeyd olunur və qeyb olduğu bəyan olunur. "İsa Peyğəmbər dinlər arasında bir dəyərdir" - Hacı Şahin Həsənli belə deyib. İlahiyyatçı bu fikirdədir ki, İsa Peyğəmbəri əslində tarixi şəxsiyyət kimi qəbul etmək düzgün deyil: "Bir müsəlman İsanı qəbul etmirsə, o müsəlman sayılmır". İlahiyyatçı həmçinin Həzrəti İsa ilə Həzrəti Mehdinin zühuru arasındakı bağlılıq barədə danışıb.  

 

Kinorejissor Rüfət Əsədovun sözlərinə görə İsa mədəniyyət obyekti kimi populyar şəxsiyyətdir. O deyib ki, Yerusəlimdə (Qüdsdə) İsanın məzarı üzərində tikilən məbədin qapısının açarı müsəlman ailəsindədir: "800 ildir bir ailə hər gün gəlib o qapını açır, axşam isə bağlayır. O vaxt Şərqi xristianlıqla Qərbi xristianlıq arasında qırğın düşməməsi üçün açar müsəlman ailəsinə verildi". Kinorejissor həmçinin İsa Peyğəmbər haqqında çəkilən filmlərə də toxunub.

 

Yazar Çinarə Ömray hesab edir ki, İsa obrazının prototipinə Azərbaycan ədəbiyyatında da rast gəlmək olar: "Ədəbiyyatda İsa obrazına daha çox məzlum kimi yanaşırlar, amma onda bir inqilabçı obrazı da var idi".  Çinarə Ömrayın sözlərinə görə ədəbiyyatımızda peyğəmbərlərlə bağlı qadağalar artıq aradan götürülməkdədir.  

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

 

       

X

XƏBƏRLƏR
BÖYÜT