Məşhurlarımız 2018-də nə arzulayır? – “...Ana olmaq istəyirəm”
16:03 – 26 Dekabr, 2017

2017-ci il şou-biznes nümayəndələri üçün necə yadda qaldı? Kimlər küsdü, kimlər barışdı? 2018-ci ildən hansı gözləntilər var? APA TV-nin "Showtime" layihəsinin bayram buraxılışında şou-biznes nümayəndələri bu sualları cavablandırıb, rəngarəng ifalarını təqdim ediblər.

 

Rəqqasə Renka bu il təzə ev, maşın aldığını deyib. Renka, rəqqasə Aytən ilə barışmağını 2017-ci ilin ən yadda qalan hadisəsi hesab edir.

 

Xalq artisti Səməd Səmədov bu il mərhum müğənni İlhamə Quliyeva ilə Elza Seyidcahanın dueti olan "Ağ çiçəyim" mahnısını ifa etdiyini deyib: "Görürəm ki, müğənnilər əl atıb İlhamə xanımın mahnılarından oxuyurlar".

 

Müğənni Şəbnəm Tovuzlu deyib ki, 2017-ci il onun üçün düşərli olub. Müğənni 2018-ci ildə növbəti ana olmaq istəyini də istisna etməyib: "Ailə quranda deyirdim ki, mənim 5 övladım olacaq. Elnarə, Xuraman Şuşalı və Gülyanaq xanım deyəcək ki, sən bizimlə mərcə girmişsən".

 

Müğənni Günay İbrahimova deyib ki, 2017-ci il onun üçün də düşərli olub: "Bir neçə mahnılarım hit oldu, kliplər təqdim etdim. 2018-ci ildə çoxlu planlarım var".

 

Müğənni Nazənin hesab edir ki, mahnıların hitə çevrilməsi üçün ilk növbədə səmimi olmaq lazımdır: "Kameraya oynamaq lazım deyil". Nazənin deyib ki, uğurlarının 50%-i prodüseri Pərvizlə bağlıdır: "Çünki Pərviz mənə stimul verir, məni aparır, gətirir".

 

"Showtime" layihəsinin növbəti  buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

   

X

XƏBƏRLƏR
BÖYÜT