2017-ci il nələrlə yadda qaldı?
16:10 – 27 Dekabr, 2017

2017-ci il hansı hadisələrlə yadda qaldı? Yola saldığımız ili bəşəriyyət üçün uğurlu saymaq olarmı? Qarşıdan gələn 2018-ci ildən nə gözləyirik? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında ilin yekunları və növbəti ilin proqnozları müzakirə edilib.

 

BDU jurnalistika fakültəsinin dekanı, siyasi şərhçi Vüqar Zifəroğlu hesab edir ki, 2017-ci il çox gərgin keçib: "Terror dağlasının nəninki Yaxın Şərqi, hətta Avropanın özünü də ağuşuna alması 2017-ci il üçün zəmin hazırladı. Tramp administrasiyasının qərarı da sübut etdi ki, 2017-ci il növbəti illərin daha kəskin keçməsi üçün hətta münbit şərait yaratdı".  V.Zifəroğlu həmçinin bu il Avropada müşahidə edilən parçalanma meyllərindən də danışıb.

 

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə 2017-ci il neft ölkələri üçün uğurlu olub. Ekspert bu il Bitcoin valyutası ilə bağlı spekulyasiyaların artdığını da deyib: "Pulun arxasında ya əmtəə durur, ya da qızıl. Bunun arxasında hələki kimin dayandığı bilinmir". Samir Əliyev növbəti ilin dövlət büdcəsi və əhalinin gəlirləri məsələsinə də toxunub. O deyib ki, gələcəkdə əsas fəaliyyət büdcə yükünün azalması ilə bağlı olmalıdır".

 

Əməkdar artist Fərqanə Qasımova "Leyli və Məcnun" operasının ABŞ-da müasir tərzdə təqdim edilməsindən danışıb: "Bu bir saatlıq opera-balet formaqsındadır. Bunun da aranjımançısı Alim müəllim və pianoçu Məlahət İsmayılova olublar".  Əməkdar artist deyib ki, bu günə qədər 18 tamaşa təqdim edilib.      

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT