2018-ci ildə iqtisadiyyatımızda hansı yeniliklər gözlənilir?
18:05 – 27 Dekabr, 2017

Yekunlaşmaqda olan 2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən hansı əlamətdar hadisələrlə yadda qalıb? 2018-ci ildə iqtisadiyyatda hansı yeniliklər gözlənilir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında 2017-ci ilin iqtisadi göstəriciləri və 2018-ci ilin proqnozları müzakirə edilib.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseyn deyib ki, Bakı-Tbilisi-Qars Dəmiryolunun açılması, beynəlxalq neft şirkətləri ilə bağlanmış müqavilələrin müddətinin artırılması, 2017-ci ilin mühüm hadisələrindən hesab edilməlidir. İqtisadçının sözlərinə görə 2017-ci il həm də qeyri-neft ixracının artması ilə yadda qalıb: "11 aylıq rəqəmlə göstərir ki, Azərbaycan bu sahədə də 11%-dən çox artıma nail olubdur". R.Hüseyn yola salmaqda olduğumuz ildə qida təhlükəsizliyi ilə bağlı mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini deyib: "Artıq Azərbaycan vətəndaşının qida ilə bağlı müraciət edəcəyi vahid qurum var".

 

Ekspert Kredit Zəmanət Fondunun yaradılmasına da münasibət bildirib: "Bu fond onunla bağlı zəmanət verəcəkdir ki, sahibkarın girovla bağlı problemi aradan qalxsın. Eyni zamanda sahibkarların götürdüyü kreditə müəyyən qaydalar əsasən subsidiyalar veriləcək". Ramil Hüseynin sözlərinə görə yeni ildə kənd təsərrüfatında 4%-dən artıq artım gözlənilir.

 

Ekspert qeyri-neft ixracı sektorundan da danışıb. O deyib ki, bu sektorda birinci yerdə Rusiyaya ixrac olunan məhsullar dayanır. Ekspertin onu da qeyd edib ki, 2017-ci ildə pambıq ixracı üzrə artıq 2,5% təşkil etmişdir: "Növbəti ildə bu daha çox olacaqdır".  R.Hüseyn hesab edir ki, vəsaitin sahibkarlar qalması üçün növbəti illərdə idxal əvəzinə yerli istehsalı artırmaq lazımdır. Bununla belə ekspert deyib ki, 2017-ci ildə idxalda 18% azalma müşahidə edilməkdədir.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT