2018-ci il kimlərə düşərli olacaq?
13:29 – 28 Dekabr, 2017

2018-ci ildən nələr gözləyirik? Bu il kimlərə düşərli olacaq? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin 2017-ci ildəki son  buraxılışında 2018-ci ilin proqnozları səsləndirilib.

 

Astroloq Səbuhi Rəhimli müəyyən səbəblərdən 2018-ci il üçün proqnoz vermək istəmədiyini desə də, bəzi fikirlər səsləndirib: "Müşahidələrə əsasən meymun və xoruz illəri qalmaqal yaradır, it ilə isə tədricən bunların qarşısını alır. Son 30 ilin statistikasına görə  ən az boşanma göstəricisi də it ilinə aiddir. Məhz it ilində, ilk aylardan başlayaraq, iqtisadi böhran düzəlməyə doğru gedir". Səbuhi Rəhimlinin sözlərinə görə Qarabağ məsələsi ilə bağlı proqnoz vermək astrologiya çərçivəsinə sığmır. 

 

Hərbi ekspert Emin Həsənli 2016-cı ilin aprel döyüşlərinin 2017-ci ilə təsirindən, həmçinin 2017-ci ildə Azərbaycanın hərbi sahədə qazandığı nailiyyətlərdən danışıb. Ekspert deyib ki, Qarabağın işğaldan azad edilməsi ulduzların məsələsi deyil, Azərbaycan əsgərinin məsələsidir.

 

Xəbər aparıcısı Vüsalə Səid Eyyubqızı deyib ki, Türkiyənin məşhur “Sinemanın kral və kraliçasi: II sinema güzeli yarışması”nın Azərbaycan layihəsinin keçirilməsi məqsədilə hələlik aparıcılıq fəaliyyətini dayandırıb: "Bu gözəllik yarışması deyil, gənclərin Türkiyə kinosuna cəlb edilməsidir".  O deyib ki, yarışmaya qatılanlar 150 türk lirəsi, yəni 70 manat ödəməlidirlər: "Gənclərin arasında narazılıq yaranır ki, bu məbləği ödəyə bilmirik. Əminliklə deyirəm ki, bu xeyriyyə məqsədi güdür".     

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin 2017-ci ildəki sonuncu buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT