Yeni mahnı mətnləri zövqümüzü oxşayırmı? - MÜZAKİRƏ
15:46 – 29 Dekabr, 2017

Mahnıların, xüsusilə yeni il mahnılarının mətnləri nə qədər zövqümüzü oxşayır? Mahnı mətnlərimiz hansı səviyyədədir? Şeirinə mahnı bəstələnən şair qonorar ala bilirmi? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu suallar müzakirə edilib. 

 

Şair Vahid Əzizin sözlərinə görə Azərbaycan musiqisini uçurumdan xilas etmək üçün mütləq bədii şura yaradılmalıdır: "Bəzi adamlara deyirlər, bədii şura kommunizmə qayıtmaqdır. Kommunizmə qayıtmaq deyil, senzura deyil". Şair deyib ki, mahnı mətninə görə bu günə qədər heç bir müğənnidən pul almayıb: "Şəxsən mən özümə sığışdırmaram ki, mənim şerimdən istifadə eləmişsən, pul ver". Şair həmçinin müəllif hüquqları və qonorarların ödənilməsi məsələsinə də münasibət bildirib: "Mən Vahid Əziz 50 ildir ədəbiyyatdayam, bu günə qədər Müəllif Hüquqları Agentliyindən 1500 manat almamışam".  

 

Bəstəkar Aygün Səmədzadə hesab edir ki, müğənnilərin telekanallar və radiostansiyalarda çıxışı əsasən maliyyə məsələsinə görədir: "Kimin səsi var, onların əksəriyyətinin imkanları yoxdur, efirlərdə görünməyə. Bir yerdə ki, maddiyyat ön yerdədir, orada bədii şura rol oynaya bilməz". Bəstəkar deyib ki, hər müğənni mahnını özünə yaraşdırıb oxuyur: "Biz ona deyə bilmərik ki, niyə oxuyursan, deməli onun səviyyəsi odur".  Aygün Səmədzadə heç vaxt hansısa müğənniyə mahnı bağışlamadığını, sadəcə müəyyən vaxtda onu oxumağa icazə verdiyini deyib.  

 

Qonaqlar həmçinin müasir mahnı mətnlərinin sərbəst vəzində yazıldığını qeyd edib, bununla bağlı fikirlərini bildiriblər.  

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT